Misli Premyer Liqasında XVI turun daha iki görüşü keçirilib.

Yevlax şəhər stadionunda “Karvan-Yevlax”la qarşılaşan “Neftçi” matçın gedişində hesabda geri düşsə də geeidönüş edərək 2:1 qalib gəlib. Bu, həm də baş məşqçi Yuri Vernidubun “ağ-qaralar”ın sükanı arxasında ilk qalibiyyəti olub. Xalını 20-yə çatdıran “Neftçi” “Şamaxı”ya çatıb.

Günün ikinci oyununda “Zirə” “İmişli”ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə bitib. Xalını 28-ə yüksəldən Bakı klubu ən azı bir günlük 3-cü pilləyə qalxıb. 19 xalı olan “İmişli” 9-cu pillə mövqe tutub.

Qeyd edək ki, XVI tura dekabrın 22-si yekun vurulacaq.