“Paris Sen-Jermen”in futbolçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu seçilib. Bu il həm də “Qızıl top” mükafatına layiq görülən fransalı hücumçu, karyerasında ilk dəfə “The Best” mükafatına sahib çıxıb. Ümumilikdə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

Əlavə edək ki, ilin ən yaxşı qapıçısı nominasiyasında “Mançester Siti”dən Canluici Donnaruma qalib olubsa, ən yaxşı baş məşqçi isə PSJ ilə ötən mövsüm UEFA Çempionlar liqasını qazanan Luis Enrike seçilib.