Azərbaycan II Liqasında XII tur start götürüb. İlk oyun günü bir görüş keçirilib.

“Ağstafa Gəncləri”nin qonağı olan “Qaradağ Lökbatan” 1:0 hesablı qalibiyyətə sevinib. Bu qələbə sayəsində Bakı klubu xalını 33-ə çatdıraraq yenidən turnir cədvəlinin vahid lideri olub.

Dekabrın 8-i XII tur çərçivəsində “Sheki City” – “Araz-Saatlı” və “Quba” – “Xankəndi” oyunları baş tutacaq.