Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.
Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda baş tutan qarşılaşmada komandamız Malta ilə üzləşib. Oyun rəqibin 2:0 hesablı qalibiyyəti ilə bitib.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti yoxlama görüşünü iyunun 9-da San-Marinoya qarşı keçirəcək.

















