Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatı 2027-nin seçmə mərhələsi çərçivəsində B qrupunda növbəti oyununu keçirim. Yığma səfərdə Çexiya ilə üzləşib. Matç rəqibin 5-0 hesablı qələbəsi ilə bitib. Xatırladaq ki, U-21 komandamız üçün cari tsiklda ikinci məğlubiyyət olub. İlk turda portuqaliyalı həmyaşıdlarına 0-5 uduzan seçmə ikinci görüşdə Bolqarıstan ilə 1-1-lik bərabərliyə razılaşıb və hazırda 1 xalla qrupda 5-ci pillədə qərarlaşıb.















