Bu gün Azərbaycan I Liqasında VII tura start verilib. İlk oyun günündə 3 matç keçirilib. “Şəfa” “Mingəçevir”i 3:2 hesabı ilə məğlub edib. “Səbail” MOİK-i tək qolla üstələyib. “Baku Sportinq” isə “Cəbrayıl”a 2:0 qalib gəlib.

Hazırda “Şəfa” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” ondan iki xal geri qalırsa, 13 xala malik “Mingəçevir” üçüncüdür.

Qeyd edək ki, VII turun digər görüşləri sabah baş tutacaq.