“Sabah” yeni transferini açıqlayıb.
UEFA Çempionlar Liqasında çıxış edəcək komanda braziliyalı yarımmüdafiəçi Du Keyrosu Rusiyanın “Zenit” klubundan icarəyə götürüb. 26 yaşlı futbolçu ilə anlaşma cari mövsümün sonuna kimidir. “Bayquşlar” icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Du Keyros karyerası ərzində ölkəsinin “Korintians”, “Qremio” və “Sport Resife”, Rusiyanın isə “Zenit” və “Orenburq” klublarında çıxış edib.

















