Misli Premyer Liqasının XXXI turu çərçivəsində daha iki görüş keçirilib.

“Qarabağ” Qəbələdə yerli komandanın qonağı olub. Görüş 1:1 hesabı ilə bitib. 63 xala malik ağdamlılar 2-ci, 21 xallı “Qəbələ” isə 11-cidir.

“Sumqayıt” isə Mehdi Hüseynzadə adına şəhər stadionunda “Araz-Naxçıvan”ı qəbul edib. 2:1 qalib gələn “Gənclik şəhəri” təmsilçisi xalını 41-ə çatdıraraq 6-cı yerə yüksəlib. Ondan 1 xal geri qalan Naxçıvan klubu 7-cidir.

Cari tura sabah yekun vurulacaq.