Azərbaycan I Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off oyununun məkanı və tarixi müəyyənləşib.
“Şimal” və “Qaradağ Lökbatan” kollektivləri arasında baş tutacaq matç mayın 27-də Şamaxı şəhər stadionunda təşkil ediləcək. Başlama vaxtı saat 16:00-a təyin edilən görüşdə VAR sistemi də tətbiq ediləcək.
Xatırladaq ki, “Şimal” cari mövsüm I Liqanı 11-ci, “Qaradağ Lökbatan” isə II Liqanı 2-ci pillədə başa vurub.

















