İngiltərə Premyer Liqasının XIX turunda lider “Arsenal” evdə yuxarı pillələr uğrunda yarışan “Aston Villa” ilə qarşılaşıb. Tərəflərin birinci dövrədəki görüşündə birmingemlilərin qalib gəlməsi və onların 11 matçlıq qələbə seriyasının olması görüşə marağı artırıb.
Birinci hissəsində qapıların toxunulmaz qaldığı matçın ikinci yarısında azarkeşlər qol şousu izləyiblər. Yekunda “Arsenal” Qabriel, Martin Subimendi, Leandro Trossard və Qabriel Jesusun qolları sayəsində 4:1 hesablı qələbə qazanıb. Bu, “topçular”ın rəqibi üzərində 2022-ci ildən bəri ilk ev qalibiyyəti olub.
Beləliklə, xalını 45-ə çatdıran “Arsenal” liderliyini qoruyub. London klubundan 5 xal geri qalan “Mançester Siti” bu gün “Sanderlend”lə qarşılaşacaq. 39 xallı “Aston Villa” isə üçüncüdür.














