“Qəbələ”nin gənc üzvü Salihu Nasiru 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.
18 yaşlı futbolçu Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.
Nigeriyanın U-20 yığması mundialın final mərhələsində yer aldığı F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, S.Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda forma geyinib. Dünya çempionatı sentyabrın 27-də Çilidə start götürəcək.

















