Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər liqasının püşkatma mərasimi keçirilib.

Püşkatmaya əsasən, D liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının da rəqibləri bəlli olub. Belə ki, yığmamız C liqasına yüksəlmək uğrunda Litva və Lixtenşteyn seçmələri ilə mübarizə apacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək.