“Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində son matçına çıxıb.
Azərbaycan təmsilçisi VIII tur çərçivəsində “Liverpul”la qarşılaşıb. Oyun ev sahiblərinin 6-0 hesablı qalibiyyəti ilə bitib.
Məğlubiyyətə baxmayaraq 10 xalla 22-ci pilləni tutan “Qarabağ” tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam klubunun bu etapdakı rəqibi PSJ və ya “Nyukasl” kollektivlərindən biri olacaq. Turnirin püşkatma mərasimi yanvarın 30-u keçiriləcək.

















