Azərbaycanın I Liqa komandası “Mingəçevir”in baş məşqçi postuna Elman Sultanov gətirilib.
52 yaşlı mütəxəssislə 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, “Mingəçevir” I Liqanın ilk turunda “Zaqatala” ilə qarşılaşacaq. Bu çempionatda yeni futbol ili sentyabrın 3-də start götürəcək.
















