Niderlandlı mütəxəssis Klarens Zeedorf Braziliyanın “Korintians” komandasının baş məşqçisi təyin olunub.
50 yaşlı mütəxəssislə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, “Korintians” K.Zeedorfun məşqçilik karyerasında beşinci komandadır. O, daha əvvəl İtaliyanın “Milan” (2014), Çinin “Şençjen” (2016), İspaniyanın “Deportivo” (2018) klublarına və Kamerun millisinə (2018–2019) rəhbərlik edib. Niderlandlı keçmiş futbolçu son vaxtlar ölkəsinin Kral Futbol Assosiasiyasının (KNVB) Müşahidə Şurasında yer alıb.
San-Paulu təmsilçisi Braziliya çempionatında keçirdiyi 29 oyundan sonra 32 xalla 16-cı pillədə qərarlaşıb.












