Yeni mövsümə hazırlaşan “Şamaxı” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Şirvan təmsilçisi Abdullahi Şuaybunu heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Hücumçunun son klubu “Qəbələ” olub. O, ölkəmizdə həm də “Kəpəz”in formasını geyinib. Qeyd edək ki, “Şamaxı” bunadək Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Enrike, David Tomas Dos Santos Oliveyra, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarovu transfer edib.















