Azərbaycan birinci liqasının 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib. Tədbir Peşəkar Futbol Liqasının inzibati binasında baş tutub. 10 komandanın mübarizə aparacağı və 3 dövrədən ibarət olacaq çempionata sentyabrın 11-də start veriləcək. Birinci turda “Zaqatala” – “Cəbrayıl”, “Şəfa” – “Şimal”, MOİK – “Şahdağ Qusar”, “Baku Sportinq” – “Difai” və “Səbail” – “Mİngəçevir” oyunları keçiriləcək.