Bu gün Bizon Azərbaycan Kubokunda ikinci finalçının adına aydınlıq gələcək.

“Bank Respublika Arena”da keçiriləcək matçda “Sabah” “Qarabağ”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq görüş “CBC Sport”la canlı yayımlanacaq.

Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal duelində “Zirə” “Turan Tovuz”u mübarizədən kənarlaşdıraraq həlledici qarşılaşmaya vəsiqə qazanıb.