Frenk Lempard İngiltərə Çempionşipində mövsümün ən yaxşı baş məşqçisi seçilib.

Onun baş məşqçisi olduğu “Koventri Siti” Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin edib. Komanda 2000/2001 mövsümündən sonra ilk dəfə elitada mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl “Çelsi” və “Everton”da işləmiş İngiltərə millisinin sabiq futbolçusu 2024-cü ilin noyabrında “Koventri Siti”nin uğurları üçün çalışır.