Misli Premyer Liqasının 2025/26 mövsümünün I turu özünəməxsus məqamla yadda qalıb. I turun baş tutan 5 oyununda üçü sülhlə nəticələnib. “Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Çempionatın startında belə hal son 10 mövsümdə ilk dəfə yaşanıb. Buna kimi sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik qeydə alınıb. Həmin vaxt da 5 matç baş tutub. Startda daha çox heç-heçəyə isə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.
















