Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında batut gimnastikası üzrə böyüklər arasında fərdi yarımfinal mərhələsi başa çatıb.

Yarışda Azərbaycanı təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov finala vəsiqə qazanıblar. Bu nəticə ilə Selcan Mahsudova 2027-ci ildə İstanbulda təşkil edilən Avropa Oyunlarına da lisenziya əldə edib.

Qeyd edək ki, daha əvvəl Maqsud Mahsudov və Hüseyn Abbasov tandemi sinxron tullanışlarda finala yüksələrək Türkiyədəki turnirə lisenziya qazanıb.