Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşü keçirib.
Gürcüstan yığması ilə qarşılaşan komandamız 2:4 hesabı ilə uduzub. Seçməmizin qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.
Qeyd edək ki, milli aprelin 11-də yenidən Gürcüstanla yoxlama matçında qüvvəsini sınayacaq. Ayın 13-ü və 15-də isə Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv Aktauda Qazaxıstan ilə üzləşəcək.


















