Azərbaycanın yunan-Roma güləşçiləri Beka Kandelaki (130 kq) və İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinal görüşlərini keçiriliblər.

İslam Abbasov yarımfinalda Bolqarıstanlı Semyon Novikovla üzləşib və 0:4 hesabı ilə uduzub.

Kandelaki yarımfinalda macarıstanlı Dariuş Viteklə üz-üzə gəlib. Duel 1:1 hesabı ilə bitsə də, hakimlər əlavə göstəricilərə görə Viteki qalib elan ediblər. Hər iki pəhləvan üçüncülük uğrunda mübarizə aparacaq.

Həmçinin, 55 kq-da 1/4 finalda Emin Səfərşayevə (UWW) məğlub olan Rəşad Məmmədov rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxacaq.