Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası Moldovaya qarşı ikinci yoldaşlıq oyununu keçirib.
Alanya Bələdiyəspor çimərlik stadionunda baş tutan görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev dubla imza atıbsa, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov 1 qol vurublar.
Qeyd edək ki, tərəflərin ilk yoldaşlıq matçı da Azərbaycanın qələbəsi ilə bitib – 8:5.


















