“Turan Tovuz” növbəti transferini açıqlayıb.

Qərb təmsilçisi fransalı yarımmüdafiəçi Stiv Beusnardı heyətinə qatıb. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Monpelye”nin yetirməsi olan Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də “Po” klubunda çıxış edib və 27 oyunda meydana çıxıb. O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” klublarında da çıxış edib.