Misli Premyer Liqasında XXVI tur 3 oyunla başa çatıb.
“İmişli” – “Turan Tovuz və “Zirə” – “Şamaxı” görüşləri 1:1 hesabı ilə bitib. “Araz-Naxçıvan”ın qonağı olan “Sabah” isə 4:2-lik qalibiyyətə sevinib. “Bayquşlar” bütün turnirlər daxil olmaqla 38 matçdır uduzmur.
65 xallı “Sabah” turnir cədvəlinin lideridir və bir oyun az keçirən “Qarabağ”ı 10 xal qabaqlayır. Üçüncü “Turan Tovuz”un 49 xalı var.

















