UEFA Avropa Liqasında yarışacaq yay fasiləsində üçüncü transferini reallaşdırıb.
Ağdam klubu Portuqaliya təmsilçisi “Portimonense”dən Samuel Lobatonu heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, 28 nömrəli formanı geyinəcək.
Əlavə edək ki, Lissabon “Sportinq”inin yetirməsi olan Lobato Famalikao”, “Belenenseş” və “Tondela” kimi kollektivlərdə çıxış edib.
















