Misli Premyer Liqasında XXVI turun daha bir oyunu baş tutub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Karvan-Yevlax”la üzləşib.
Görüş Ağdam klubunun 7:0 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın heyətində Kamilo Duran het-trik, Lenadro Andrade isə dubla imza atıb. Dani Bolt və Abdulla Zubir isə hərəyə bir dəfə fərqlənib.
Cari tura sabah yekun vurulacaq.

















