“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub. Misli Premyer Liqasının II turunda “tələbələr”in “Şamaxı”ya qarşı 2-1 hesablı qələbəsi ilə bitən oyununda dubla imza atan Mikels bu göstəriciyə 86 matçda nail olub. Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur. 32 yaşlı almaniyalı hücumçu Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.














