Qadın futbolçulardan ibarət Azərbaycan millisi aprelin 7-də İspaniyada təlim-məşq toplanışına başlayacaq.
Yığmanın baş məşqçisi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib:
Aytac Şərifova “Yüksekova” (Türkiyə), Nərgiz Əliyeva “Giresun Sanayispor” (Türkiyə), Günay İsmayılova “Neftçi”, Nigar Mirzaliyeva “Hamburq” (Almaniya), Jalə Məhsimova “Yüksekova” (Türkiyə), Yeliz Açar “Beşiktaş” (Türkiyə), Alina Nəhmədova “Partizan” (Serbiya), Aysun Muradova “Haymana” (Türkiyə), Kamilla Məmmədova “Dirçəliş”, Nərgiz Hacıyeva “Şəfa”, Aydan Həsənova “Neftçi”, Milana Rəhimova “Lyuboten” (Şimali Makedoniya), Diana Məmmədova “Rubin Kazan” (Rusiya), Röya Əliyeva “Neftçi”, Sona Rəhimova “Neftçi”, Fidan Cəfərova “Hakkarigücü” (Türkiyə), Manə Mollayeva “Neftçi”, Vüsalə Seyfəddinova “Neftçi”, Coşqunə Əliyeva “Gaziantep Safir” (Türkiyə), Esra Manya “Beşiktaş” (Türkiyə), Peritan Bozdağ “Fənərbağça” (Türkiyə), Sevinc Cəfərzadə “Yüksekova” (Türkiyə), Kristina Bakarandze “Nike Lusso” (Gürcüstan).
Qeyd edək ki, millimiz dünya çempionatının seçmə mərhələsində Andorra yığması ilə aprelin 14-də səfərdə, 18-də isə evdə qarşılaşacaq.

















