Azərbaycanın 23 yaşadək minfitbolçulardan ibarət millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa bu gün çıxacaq.
Komanda Slovakiya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.













