Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək.
Birinci oyun günündə turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaqlar.
İlk matçda “Kəpəz” və “Qəbələ” kollektivləri üz-üzə gələcəklər.
Aşağı pillələri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da başlayacaq.
Mövsümün ilk iki dövrəsində tərəflər hərəyə 1 dəfə qələbə qazanıblar. “Kəpəz” 21 xalla 10-cu, “Qəbələ” 16 xalla 11-ci sırada yer alıb.
İkinci görüşdə isə “Sumqayıt” və “Neftçi” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Sonuncu qələbəsini 7 tur əvvəl qazanan “gənclik şəhəri” təmsilçisi doğma meydanda avrokuboklara iddia edən Bakı kollektivini üstələməyə çalışacaq. Bu matç saat 18:00-da start götürəcək.
“Neftçi” və “Sumqayıt” komandaları müvafiq olaraq 6-cı və 7-ci pillələrdə yer alıblar. “Ağ-qaralar”ın 37, Sumqayıt kollektivinin isə 32 xalı var.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
5 aprel
15:30. “Kəpəz”– “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Yevlax şəhər stadionu
18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.














