Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
B Liqasının 6-cı qrupunda yer alan seçməmiz Şimali İrlandiya ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Millinin yeganə qolunu Tuncay Əhmədov vurub.
Qeyd edək ki, U-19 seçməmiz buna kimi Litvaya 0:4 uduzub.

















