İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
Çempionluq uğrunda yarışan “Mançester Siti” səfərdə “Börnli” ilə qarşılaşıb. “Şəhərlilər” rəqibini Erlinq Halandın vurduğu yeganə qolla 1:0 məğlub edib.
Xalını 70-ə çatdıran Pep Qvardiolanın komandası “Arsenal”a çatıb və London klubunu əlavə göstəricilərdə qabaqlayaraq avqust ayında bəri ilk dəfə birinci pilləyə yüksəlib. 20 xalla 19-cu olan “Börnli”nin isə elitanı tərk edəcəyi rəsmiləşib.











