“FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimi və formatı dəyişib

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

Dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.

Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.