FIFA referisi Əliyar Ağayev UEFA tərəfindən yeni təyinat alıb.
O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsinnin “AEK Larnaka” (Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Yerun Mansxot VAR, Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. Xatırladaq ki, ilk matçında qol vurulmayıb.
















