Misli Premyer Liqasında XVI tur başa çatıb. Son oyun günündə iki matç keçirilib.

“Kəpəz” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə bitib. “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:1 məğlub edib.

Hazırda “Sabah” 59 xalla liderdir. İkinci “Qarabağ”ın 52 xalı var. 45 xallı “Turan Tovuz” ilk üçlüyü qapayır. “Zirə” 39 xalla dördüncüdürsə, “Araz-Naxçıvan” “qartallar”dan 3 xal geri qalır.

Xalını 34-ə çatdıran “Neftçi” altıncı, 32 xal toplayan “Sumqayıt” yeddincidir. Səkkizinci “Şamaxı”nın 30 xal var. “İmişli” 22 xalla doqquzuncu yerdə mövqe tutub. Aktivində 18 xal olan “İmişli” onuncu, 16 xala malik “Qəbələ” on birincidir. Sonuncu “Karvan-Yevlax”ın 8 xalı var.