Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. İlk gündə 4 müxtəlif ölkədə oyunlar keçiriləcək. Saat 21:45-də başlayacaq matçda “Qalatasaray” “Liverpul”u qəbul edəcək. “CBC Sport”la canlı yayımlanacaq görüşü ispaniyalı referi Xesus Xil Mansano idarə edəcək.
Saat 00:00-da start götürəcək görüşlərə gəlincə, “Atletiko Madrid” “Tottenhem”i qəbul edəcək. Matçın baş hakimi niderlandlı Sərdar Gözüböyükdür.
“Barselona” “Nyukasl” səfərinə yollanacaq. Qarşılaşmada ədaləti qorumaq italiyalı hakim Marko Quidaya tapşırılıb.
“Atalanta” – “Bayern Münhen” görüşləri isə “CBC Sport”la canlı yayımlanacaq. Oyunun baş hakimi norveçli Espen Eskos olacaq.















