AFFA-nın təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə əfsanəvi azərbaycanlı futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyinə həsr edilmiş yeni poçt markaları dövriyyəyə buraxılıb.
Buraxılış bir poçt markasından ibarətdir. Mərhum futbolçunun yubileyi münasibətilə xüsusi poçt kartları da hazırlanıb.
Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir.

















