Misli Premyer Liqasında XXII tura yekun vurulub. “Turan Tovuz” – “İmişli” görüşündə qapılar toxunulmaz qalıb.

Mərkəzi qarşılaşmada “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edib. Çempionluq uğrunda yarışan kollektivlərin dueli bol qollu alınıb. Qonaqlar matçın gedişində 3 qol fərqi ilə irəli keçsə də ağdamlılar bərabərliyə nail olub – 3:3.

53 xala malik “Sabah” birincidir. Rəqibindən bir oyun az keçirən “Qarabağ” 46 xalla ikinci yeri tutur. “Turan Tovuz” 41 xalla ilk üçlüyü tamamlayır.