Bakıda keçirilən çövkən üzrə II dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.

Yığma Binə Atçılıq Mərkəzində baş tutan görüşdə rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Yarımfinal mərhələsinin digər görüşündə Çili komandası Niger millisini 1:0 hesabı ilə məğlub edib.

Beləliklə, turnirin həlledici görüşündə Azərbaycan və Çili yığmaları üz-üzə gələcəklər.