“Neftçi” əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.
2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə istifadədən götürüləcək.
Qərar fevralın 23-ü 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
















