Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda bu gün Portuqaliyanın “Benfika” kollektivi ilə üz-üzə gələcək.

G qrupunun V turunun oyunu Lissabon şəhərində keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, “LANDAU Lions” IV turda Türkiyənin “Denizli Basket” kollektivinə qalib gəlib – 94:86. Ölkə təmsilçisi əvvəlki üç görüşdə isə məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105), Slovakiyanın “Prievidza” klubuna (84:108) uduzub.