UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın səfərdə “Nyukasl”la matçını italiyalı hakimlər briqadası idarə edəcək.

“Sent-Ceyms Park” stadionunda keçiriləcək oyunu Davide Massa idarə edəcək.

44 yaşlı referi ikinci dəfə Ağdam klubunun görüşünə təyinat alıb. Belə ki, Massa buna kimi 2018-ci ildə UEFA Avropa liqasının qrup etapında “Qarabağ” – “Arsenal” qarşılaşmasında ədalət qoruyucusu olub.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı fevralın 24-ü, saat 00:00-da başlayacaq