Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy” yarışı start götürüb.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar mübarizə aparırlar.
Gimnastlar fərdi və sinxron proqramlar üzrə yarışırlar.
Qeyd edək ki, turnir fevralın 22-də başa çatacaq.















