“Qarabağ”ın qapıçısı Mateuş Koxalski indiyədək UEFA Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır.
Polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində 40 seyvlə yadda qalıb.
Norveçin “Budö-Qlimt” komandasından Nikita Haikin (52) birinci, İspaniya təmsilçisi “Real”dan Tibo Kurtua (44) ikinci sıradadır.
Qeyd edək ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İngiltərənin “Nyukasl” komandasına uduzub – 1:6.
















