Peşəkar Futbol Liqası Azərbaycan II Liqasında çıxış edəcək klublara dəstək olacaq. PFL hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək. Yeni mövsümdə 2-ci liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər. Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardandır. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.