Azərbaycanın çimərlik futbolu yığması beynəlxalq turnirə qatılacaq.

Komanda Gürcüstanın Batumi şəhərində təşkil olunacaq Avropa çempionatının B Divizionunda iştirak edəcək.

İyulun 15-19-da keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç seçmələri mübarizə aparacaqlar.