Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah” və “Qəbələ” bərabərə qalıb.
Tərəflər arasında “Bank Respublika Arena”da baş tutan ilk matçda qapılara qol vurulmayıb.
Raundun cavab oyunu martın əvvəlində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin əvvəlki qarşılaşmasında – “Sumqayıt” və “Zirə” kollektivlərinin duelində hesab açılmayıb. Fevralın 5-də 1/4 final mərhələsinin “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları keçiriləcək.


















