“Qəbələ” heyətinə yeni futbolçu qatıb. “Qırmızı-qaralar” Fransanın “Valensiyen” klubundan 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu mövsümün sonuna qədər icarəyə götürüb.
Fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib. O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.


















